Əlaqələri köçürmək
Ən yaxınlarınız və ən əzizləriniz bir addımlığınızda olsun. Əlaqələrinizi, mesajlarınızı və şəkilləri
köhnə telefonunuzdan asanlıqla köçürmək üçün Məlumatlarımın köçürülməsi proqramından
istifadə edin. Proqram bütün telefon modellərini dəstəkləməyə bilər.
© 2015 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
68
İşarə:Köhnə telefonunuz Windows Phone cihazıdırsa və ya əlaqələrinizin nüsxəsini artıq
Microsoft hesabında çıxartmısınızsa, əlaqələrinizi telefona birbaşa xidmətdən idxal
etmək üçün sadəcə olaraq telefonunuzdan hesabınıza daxil olun. Əlaqələr avtomatik
idxal edilir.
Köhnə telefonunuz Bluetooth-u dəstəkləməlidir. Köhnə telefonunuzda olan əlaqələr SIM
kartda deyil, telefonun yaddaşında saxlanmalıdır.
1. Köhnə telefonunuzda Bluetooth-u yandırın və digər cihazların telefonunuzu görüb-
görmədiyinə əmin olun.
2. Yeni telefonunuzda Məlumatlarımın köçürülməsi seçiminə toxunun.
3. Vurun: davam et və Bluetooth-u yandırın.
4. Tapılmış cihazların siyahısından köhnə telefonunuzu seçin və hər iki telefonda göstərilən
göstərişlərə əməl edin.
Əgər əlaqələriniz yeni telefonunuzun dəstəkləmədiyi bir dildə yazılıblarsa, əlaqə məlumatı
düzgün göstərilməyə bilər.
Əgər hələ Məlumatlarımın köçürülməsi proqramınız yoxdursa, siz onu
www.windowsphone.com-dan yükləyə bilərsiniz.