Məlumat rouminqi xərclərinə qənaət
Siz mobil məlumat parametrlərini dəyişdirməklə məlumatların rouminqi xərclərini azalda və
telefon xərclərinə qənaət edə bilərsiniz. Məlumat rouminqində telefonunuz șəbəkə xidməti
təminatçınızın sahib olmadığı və ya fəaliyyət göstərmədiyi șəbəkələr üzərində məlumatın
qəbulu üçün istifadə edilir. Rouminqdə, xüsusən də xaricdə, internetə qoșulma məlumat
tariflərini mühüm dərəcədə artıra bilər. Șəbəkə xidməti təminatçınız məlumat ötürülməsinə
görə sizə sabit tarif və ya istifadəyə görə tarif tətbiq edə bilər. Optimal qoșulma üsulundan
istifadə etmək üçün Wi-Fi, mobil məlumatlar və poçt yükləmə parametrlərini dəyișin.
Ümumiyyətlə, Wi-Fi bağlantısından istifadə mobil məlumat bağlantısı ilə müqayisədə daha
sürətli və ucuzdur. Əgər həm Wi-Fi, həm də mobil məlumat bağlantıları mövcud olarsa,
telefonunuz Wi-Fi bağlantısından istifadə edir.
Başlama ekranında ekranın yuxarısından aşağı çəkin və seçiminə toxunun.
1. Wi-Fi şəbəkəsinin Aktiv
olaraq təyin edildiyini yoxlayın.
2. İstifadə etmək istədiyiniz qoșulmanı seçin.
Mobil məlumat qoșulmasını bağlamaq
Başlama ekranında ekranın yuxarısından aşağı çəkin, Bütün parametrlər > Mobil+SİM
kart toxunun və Məlumat bağlantısı seçimini Qeyri-aktiv
seçiminə dəyişin.
İşarə:Məlumat istifadənizi həmçinin Məlumat sensoru proqramı ilə izləyə bilərsiniz.
Məlumat rouminqini dayandırmaq
Başlama ekranında, ekranın yuxarısından aşağı çəkin, Bütün parametrlər > Mobil+SİM
kart toxunun və Məlumat rouminqi seçimləri seçimini Rouminq etmə seçiminə dəyişin.
Poçtu tez-tez yükləməyin
Hər bir poçt qutusunda
> Parametrlər > Sinxronlaşma parametrləri seçiminə toxunun
və sinxronlaşdırmaq vaxtını seçin.