
Wi-Fi vasitəsilə ekranınızı əks etdirin
Daha böyük ekranda videoya baxmaq üçün uyğun TV, monitor və ya proyektorda ekranınızı
Wi-Fi vasitəsilə əks etdirin.
Wi-Fi vasitəsilə ekranın əks etdirilməsi bəzi telefonlar tərəfindən dəstəklənmir. Mümkünlük
üçün www.microsoft.com/mobile/support/wpfeatures ünvanına daxil olun.
Digər cihaz Miracast texnologiyasını dəstəkləməlidir.
Müəllif hüququ ilə qorunan materialın əks etdirilməsi məhdudlaşdırıla bilər.
1. Başlama ekranında ekranın yuxarısından aşağı çəkin və Bütün parametrlər > Ekranımı əks
etdir toxunun.
2. İstifadə etmək istədiyiniz cihaza toxunun.
Ətraflı məlumat üçün digər cihazın istifadəçi təlimatına baxın.
İşarə:Əks olunan ekranın istiqamətini dəyişdirmək üçün Təkmil > Xarici ekran
istiqaməti seçiminə toxunun.
İşarə:Telefonun ekranına toxunduğunuz zaman əks olunan ekranda nöqtəni göstərmək
üçün, məsələn, PowerPoint təqdimatını göstərən zaman Təkmil seçiminə toxunun və
Toxunuşu göstər seçimini Aktiv
seçiminə dəyişin.