Məzmunu Symbian və ya S40 telefonundan köçürmək
Əlaqələr, təqvim hadisələri və şəkilləri Symbian və ya S40 telefonundan Lumia telefonunuza
köçürmək üçün Nokia Suite-dan istifadə edin.
Kompüterinizdə ən son Nokia Suite quraşdırıldığını yoxlayın. Siz onu www.microsoft.com/
mobile/nokiasuite ünvanından yükləyə bilərsiniz.
OneDrive daxilinə daxil olmaq üçün Microsoft hesabı lazımdır.
1. Symbian və ya S40 telefonunuzu kompüterinizə qoşmaq üçün uyğun USB kabelindən
istifadə edin.
2. Kompüterdə Nokie Suite-ni açın.
3. Məzmunu Nokia Lumia-ya köçür seçin və kompyuterinizdə göstərilən təlimatlara əməl
edin. Sizin fayllarınız bura köçürülüb: OneDrive. Şəkilləriniz OneDrive daxilindəki Şəkillər
qovluğuna, əlaqələriniz və təqvim hadisələriniz isə Outlook.com üzərinə köçürülür.
© 2015 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
20
4. Lumia telefonunuzda şəkillərinizə daxil olmaq üçün sola çəkin və OneDrive seçiminə vurun.
Əlaqələriniz və təqvim hadisələriniz avtomatik sinxronlaşdırılır.
İşarə:Symbian və ya S40 telefonunuz Nokia Suite-i dəstəkləmir? Yaxud videolarınız kimi
başqa məzmunu ötürmək istəyirsiniz? Siz həm də telefonunuzu kompüterinizə qoşa və
kompüterinizə ötürmək istədiyiniz faylları sürükləyib buraxa bilərsiniz. Əgər OneDrive
masaüstü proqramınız varsa, faylları avtomatik yüklənilmə üçün OneDrive qovluğuna
sürükləyib buraxın.