Şəkilləri və videoları yaddaş kartında saxlamaq
Telefonunuzda yaddaş kartı varsa və telefonun yaddaşı dolursa, çəkdiyiniz şəkil və videoları
yaddaş kartında saxlayın.
Daha yaxşı video keyfiyyəti üçün videoları telefonun yaddaşına yazın. Videoları yaddaş kartına
yazsanız, istifadə etdiyiniz microSD kartın tanınmış istehsalçı tərəfindən sürətli 4–128GB kartı
olması tövsiyə olunur. Yaddaş kartı bütün telefonlar tərəfindən dəstəklənmir. Mümkünlük
üçün www.microsoft.com/mobile/support/wpfeatures ünvanına daxil olun.
1. Vurun: Yaddaş Sensoru.
2. Yeni şəkilləri saxla seçimini SD kart təyin edin.
İndidən etibarən çəkdiyiniz şəkillər yaddaş kartında saxlanır.
Yalnız təsdiqlənmiş və bu cihaz üçün uyğun olan yaddaş kartlarından istifadə edin. Uyğun
olmayan yaddaş kartının istifadəsi yaddaş kartını, habelə cihazı zədələyə bilər, həmçinin kartda
saxlanılan məlumat pozula bilər.
Daha əvvəl çəkdiyiniz şəkilləri və videoları yaddaş kartında saxlamaq
Şəkillər mərkəzində şəkil və ya videonu seçin, və şəkil və ya videoya vurub
> SD karta
köçür vurun.
İşarə:Albomdakı şəkilləri və ya videoları sürətlə seçmək üçün albomu seçin və >
> Hamısını seç vurun.