Microsoft Lumia 640 XL - Nasazlıqların aradan qaldırılması və dəstək

background image

Nasazlıqların aradan qaldırılması və dəstək

Telefonunuz haqqında ətraflı öyrənmək istədikdə və ya telefonunuzun necə işlədiyindən əmin

deyilsinizsə, yoxlamaq üçün bir neçə dəstək kanalları mövcuddur.
Telefonunuzdan optimal șəkildə yararlanmaq üçün telefonunuzda əlavə göstərișlərin verildiyi

istifadəçi təlimatları mövcuddur. Vurun: Lumia Kömək+Məsləhətlər.
Həmçinin www.microsoft.com/mobile/support/ ünvanına daxil olaraq așağıdakılara baxa

bilərsiniz:

Nasazlığın aradan qaldırılması hağğında məlumat

Müzakirələr

Proqram təminatı və yükləmələr üzrə xəbərlər

Proqram təminatı yeniləməsinə dair məlumat

Xüsusiyyətlər və texnologiyalar haqqında əlavə məlumatlar və cihaz və aksesuarların

uyğunluğu

Nasazlığın aradan qaldırılması və müzakirələr bütün dillərdə mövcud olmaya bilər.
Dəstək videoları üçün www.youtube.com/lumiasupport üzərinə keçin.
Telefonunuz cavab vermirsə

Așağıdakıları cəhd edin:

1 düymə ilə sıfırlama metodu: Təxminən 10 saniyə ișəsalma düyməsini basıb saxlayın.

Telefon işə düşür.

2 düymə ilə səfırlama metodu: Səs səviyyəsini azaltma düyməsini və ișəsalma düyməsini

eyni vaxtda təxminən 10 saniyə basıb saxlayın. Telefon işə düşür.

Hansı sıfırlama metodunun telefonunuza uyğun olduğundan əmin deyilsinizsə,

www.microsoft.com/mobile/support/wpfeatures ünvanına daxil olun.
Telefonunuz tez-tez cavab vermirsə, telefonunuzun proqram təminatını yeniləyin və ya

telefonunuzu sıfırlayın. Sıfırlama zavod parametrlərini bərpa edir, eləcə də, satın aldığınız və

yüklədiyiniz proqramlar daxil olmaqla bütün şəxsi məlumatları silir. Başlama ekranında ekranın

yuxarısından aşağı çəkin və Bütün parametrlər > Sistem haqqında > Telefonunuzu

sıfırlayın toxunun.
Əgər problem yenə də həll olunmamış qalarsa, təmir seçimləri üçün şəbəkə xidməti

təminatçınızla, yaxud Microsoft Mobile ilə əlaqə saxlayın. Telefonunuzu təmirə

göndərməmişdən əvvəl hər zaman verilənlərinizin ehtiyat nüsxəsini çıxarın, çünki

telefonunuzda olan bütün şəxsi məlumatlar silinə bilər.

İşarə:Telefonunuzu müəyyən etmək, vahid IMEI nömrəsini öyrənmək istəyirsinizsə,

*#06# nömrəsinə zəng edin. Siz həmçinin IMEI nömrəsini telefonun üzərində tapa

bilərsiniz. Təfərrüatlar üçün onlayn istifadəçi təlimatında məhsul və təhlükəsizlik

məlumatlarına baxın.

© 2015 Microsoft Mobile. Bütün hüquqlar qorunur.

140

background image

© 2015 Microsoft Mobile. Bütün hüquqlar qorunur.

141